“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXII turunda “Kəpəz”lə keçiriləcək oyunun hazırlığına başlayıb.
Msport.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Soyuq, qarlı havada təxminən 1 saat davam edən hazırlıq prosesinə yeni transfer Əyyub Allaş da qatılıb. Əvəzində zədəsi davam edən Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado kollektivdən uzaq qalıb.
Qeyd edək ki, fevralın 10-da “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.