EN

Bir ailənin üç üzvü yanaraq ÖLDÜ

Rusiyanın Qaraçay-Çərkəz respublikasının Zelençukskaya kəndində fərdi yaşayış evində baş verən yanğında beş yaşlı uşaq və onun valideynləri ölüblər.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında bildirilib.

 

Hadisə yerində yanğınsöndürənlər və Rusiya İstintaq Komitəsinin nümayəndələri işləyirlər.

 

Yanğının səbəbi araşdırmalardan sonra məlum olacaq.

Chosen
24
9
modern.az

10Sources