Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Belə ki, zamanı “VAZ-2107” və “Pikap” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir neçə nəfər yaralanıb.
Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev