EN

Xarici kapitallı bankların yanvar payı bu qədər olub?

2025-ci ilin yanvarın 1-nə Azərbaycanda xarici kapitallı özəl banklarda kreditləşmə 6 milyard 973,9 milyon manat təşkil edib.

Apresss.az Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, kredit portfeli aylıq müqayisədə 94,6 milyon manat (1,4%), illik müqayisədə 1 milyard 60,4 milyon manat (17,9%) böyüyüb.

Xarici kapitallı özəl bankların ümumi kreditlərdə payı bu ilin yanvarın 1-nə 23,8%, ötən ilin dekabrın 1-nə 23,7%, yanvarın 1-nı isə 24,7% təşkil edib.

Qeyd edək ki, özəl bankların cəmi kredit portfeli ötən ilin dekabr 1-nə  6 milyard 879,8 milyon manatın,  yanvarın 1-nə 5 milyard 913,5 milyon manat  təşkil edib.

Chosen
22
2
apress.az

3Sources