ABŞ \"Azadlıq Radiosu\" və \"Amerikanın Səsi\" radiostansiyalarını bağlamalıdır, çünki heç kim onları dinləmir, onların fəaliyyəti isə ildə təxminən 1 milyard dollara başa gəlir.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask \"X\" sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun fikrincə, bu radiostansiyaları \"öz-özünə danışan dəli\" radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ-nin vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.
Xatırladaq ki,\"Azadlıq Radiosu\" və \"Amerikanın Səsi\" bir sıra digər KİV kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.