EN

Tramp Putinlə nə vaxt görüşəcəyini açıqladı

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşlə bağlı suala cavab olaraq bunun “doğru zamanda” baş verəcəyini deyib.

Publika.az bu baradə xarici mətbuata istinadən xəbər verir.

“Düşünürəm ki, mən Putinlə lazımi anda görüşəcəm. Doğru zamanda", - deyə Tramp cavab verib.

Qeyd edək ki, Ağ Evin sahibi inauqurasiyadan əvvəl və sonra Putinlə təmaslarının olub-olmaması ilə bağlı suala da qaçaraq cavab verib. Tramp sadəcə söhbətlərin olduğunu deyib, lakin detalları açıqlamaq istəməyib və əlavə edib ki, tezliklə belə söhbətlər olacaq.

Jurnalistlərə açıqlama verən Tramp qeyd edib ki, gənclərin ölümünü dayandırmaq üçün Ukraynadakı münaqişəyə son qoymaq istəyir. O, Putinlə daha çox təmasların olacağını vurğulayıb: “Biz bu müharibəni bitirməliyik!”

Chosen
51
1
publika.az

10Sources