EN

Fransa süni intellektə külli miqdarda sərmayə qoyacaq

Fransa prezidenti Emmanuel Makron qarşıdakı illərdə süni intellekt sahəsinə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayıb.
Manset.az xəbər verir ki,  Fransa prezidenti Makron Fransa və Hindistanın həmsədrliyi ilə bu gün Parisdə keçiriləcək Beynəlxalq Süni intellekt Fəaliyyət Sammiti öncəsi Fransanın “France 2” telekanalına müsahibəsində bu sahəyə edəcəkləri sərmayə ilə bağlı açıqlama verib. Sammit çərçivəsində "Fransada önümüzdəki illərdə süni intellektə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayacaqlarını" ifadə edən Makron, bu investisiyanın ABŞ-nin Stargate layihəsinə "ekvivalent" olacağını qeyd edib. Makron həmçinin bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gəncin olduğunu və bu rəqəmin 100 minə çatdırılacağını bildirib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdəki Grand Palaisdə bu gün başlayacaq və sabah başa çatacaq Süni İntellekt Fəaliyyət Sammitinə bir çox dövlət başçıları və nazirlərin, eləcə də aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin qatılacağı gözlənilir.

Chosen
10
2
manset.az

10Sources