Bakı. Trend:
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasıfevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.
Trend AFFA-nın saytınaistinadən xəbər verir ki, yığmamız fevralın 14-dən 22-dək Belarusunpaytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirakedəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiqyaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupundaisə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSAAkademiyası” komandası çıxış edəcək.
Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledicigörüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləriüçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yeruğrunda qarşılaşacaqlar.
Artıq millimizin hazrlıq prosesi üçün heyəti də açıqlanıb:
Rauf Əyyubov, Həzrət Səmədov, İbrahim Xəlilov (hamısı "Sabah"),Elbrus Kərimov, Tuncay Əhmədov, Nadir Nəsibli, Muhamməd Çodarov,Tunar Rzayev (hamısı "Marcet", İspaniya), Murad Qurbanov, FəridCabbarlı, İmran Suleymanzadə, Əhliman Süleymanzadə, Emil Usubov(hamısı "Zirə"), Amin Rzayev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı,Əhməd Vəliyev, Əli İbrahim (hamısı "Qarabağ"), Tunar Muradov("Turan Tovuz"), Ariz Kərimov ("Qəbələ")
Millimizin oyunlarının təqvimi isə aşağıdakı kimidir:
16 fevral
16:10. Rusiya – Azərbaycan
17 fevral
12:00. Azərbaycan – İran
19 fevral
14:20. Qazaxıstan – Azərbaycan