EN

Azərbaycanın U-17 millisi İnkişaf Kubokunda iştirak edəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf Kubokunda iştrak edəcək.

Milli B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə mübarizə aparacaq.

A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandaları çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra, fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

Millinin oyunlarının təqvimi də bəlli olub. İlham Yadullayevin baş məşqçisi olduğu komanda fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstanla üz-üzə gələcək.

16 fevral

16:10. Rusiya – Azərbaycan

17 fevral

12:00. Azərbaycan – İran

19 fevral

14:20. Qazaxıstan – Azərbaycan

Yığma yarışa hazırlıq məqsədilə fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışında iştirak edəcək.

Chosen
28
6
cbcsport.az

8Sources