EN

Qobustanda ağır QƏZA: Ölən və xəsarət alan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qobustan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, bu gün saat 15:00 radələrində "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücünün anası 1971-ci il təvəllüdlü Ramidə Talıb qızı Mahmudova ölüb.
Həmçinin, sürücü, 32 yaşlı Əli Mahmudov xəsarət alıb.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib Oxu.Az-a bildirilib ki, ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əzizə İsmayılova
Chosen
294
50
oxu.az

10Sources