EN

Qızılın qiymətində daha bir rekord

ABŞ prezidenti Donald Trampın yeni tarif planları qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqları artırdıqca, investorlar etibarlı "sığınacaq" olaraq qəbul edilən qızılı almağa davam edirlər.

FED.az xəbər verir ki, Trampın ABŞ-a idxal edilən polad və alüminiuma 25 faizlik yeni gömrük rüsumu (tarif) tətbiq edəcəyini açıqlaması, çərşənbə axşamı və ya çərşənbə günü bütün ölkələrə tətbiq olunacaq qarşılıqlı tariflər tətbiq edəcəyini bildirməsi  - qızıla olan tələbatı daha da gücləndirib. 

Beynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti 1,5 faiz artaraq 2900 dolları keçib. Bakı vaxtı ilə saat 16:40-da qızılın unsiyası 2904 dollardan ticarət olunub. 

Analitiklər bildirirlər ki, qlobal ticarət gərginliyi davam etdiyindən qızıl qiymətləri yaxın müddətdə 2910 dollara çata bilər. (Marja)

Chosen
8
2
fed.az

3Sources