EN

"Qalatasaray" Frankovskini də transfer etdi

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sitat.info klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Lans" komandasından polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini icarəyə götürüb. 30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.

Təcrübəli futbolçu "Qalatasaray"la sözləşmə imzalamaq üçün İstanbula gəlir.

Qeyd edək ki, daha öncə Mario Lemina “Qalatasaray”a transfer olub.

Chosen
52
15
sitat.info

10Sources