EN

Ermənistan-Türkiyə sərhədi açılır?

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi tezliklə açılacaq.

Bu barədə “News.am” xəbər portalına diplomatik mənbə məlumat verib.

Məlumata görə, keçid məntəqəsinin açılışı martın 1-də olacağı gözlənilir.

Nəzarət-buraxılış məntəqəsinin Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən mühafizə olunması planlaşdırılır.

Chosen
15
17
azpost.info

10Sources