EN

Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsi AÇILIB?

“Hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir dəyişiklik yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress”ə açıqlamasında deyib.

Eyni zamanda, o, irəliləyiş olarsa, ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-lərindən biri Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinin guya martın 1-də açılacağı və keçid məntəqəsində təhlükəsizliyin Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən təmin ediləcəyi barədə məlumat yayıb.

Bizim.Media

Chosen
18
17
bizim.media

10Sources