Fələstinin HƏMAS hərəkatı İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan və fevralın 15-də evlərinə dönməli olan yeni girovlar qrupunun azad edilməsi prosesini təxirə salıb.
Teleqraf xəbər verir ki, bu açıqlama ilə HƏMAS-ın hərbi qanadı" İzzəddin əl-Qəssam" briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə çıxış edib:
"Son üç həftə ərzində biz İsrail tərəfindən sövdələşmənin şərtlərinin mütəmadi pozulmasının şahidi olduq. Bununla əlaqədar fevralın 15-də azad edilməli olan girovların təhvil verilməsini növbəti bildirişə qədər təxirə salmaq qərarına gəldik. İsrail müqavilənin müddəalarına əməl etməlidir".
Hərəkat təmsilçiləri bildiriblər ki, İsrail Qəzza razılaşmasına əməl etməli, dəymiş ziyan kompensasiya olunmalıdır. Bundan sonra HƏMAS girovları azad edəcək.