Misli Premyer Liqasının XXII turunda "Neftçi" səfərdə "Zirə"yə qalib gəlib...
"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda "ağ-qaralar" 2:1 hesablı qələbəyə sevinib.
Hesabı 88-ci dəqiqədə qonaqlar açıb. Emin Mahmudov rəqib torunu silkələyib. Meydan sahibləri 90+1-ci dəqiqədə bərabərlik qolunu vurub. Ruan Renato adını tabloya yazdırıb. Bununa belə, 90+3-cü dəqiqədə dəqiq zərbə müəllifi olan Ervin Koffi "Neftçi"nin qələbəsində əsas pay sahibi olub.
Poliqon.info