EN

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Həştərxan qubernatoru ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında görüş keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, görüş Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Baş tutub.

Görüşdə Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında ticarət-iqtisadi və sənaye əməkdaşlığının intensivləşdirilməsi, mədəni, təhsil və gənclər arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Səfir Rəhman Mustafayev Həştərxan vilayətinin Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş Qubadlı rayonunda uşaq bağçasının tikintisi təşəbbüsünə görə qubernatora təşəkkürünü bildirib.

Vurğulanıb ki, 80 yerlik bu məktəbəqədər təhsil müəssisəsinin tikintisi ənənəvi rus üslubunda layihələndirilib və cari ilin may-iyun aylarında başa çatdırılacaq.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında 2024-cü il dekabrın 10-da Bakıda keçirilən ikitərəfli görüşdə dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının yenidən qurulması və abadlaşdırılmasına hər cür dəstəyin, xüsusilə də dost dövlətlərin dəstəyinin mühüm və simvolik olduğunu diqqətə çatdırıb
Chosen
6
4
sherg.az

6Sources