“Neftçi” bu gün Misli Premyer Liqasının 22-ci turunda “Zirə”nin qonağı olub.
Fanat.Az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abasov oyunçularının ilk dəqiqələrdən vuruşduqlarını bildirib:
“Bu matç elə bir oyunlardan idi ki, oyunçular sırf bura qələbə üçün çıxdıqlarını göstərdilər. İlk dəqiqələrdən sona qədər vuruşdular. Sonda o qolu buraxdıqda fikirləşdik, qazanılası oyun idi. Yenə də sonda qələbə qolunu vurub qalibiyyəti qopara bildik.
Limitin rolu var, amma bu o qədər böyük deyil. İstər yerli olsun, istərsə də legioner, əsas odur ki, bu ruhu onlara aşılayasan.
“Neftçi”nin düzələcəyini martın 22-nə demişdim, amma hansı ilin martı deməmişdim (gülür). Gözləyək.
Bizim qaydalarımız var. Ən əsası odur ki, qalib gəldik, psixoloji durumumuza da yaxşı təsir bağışladı. Təəsssüf ki, “Neftçi” kimi komandanın üç oyun ardıcıl qələbə qazanması böyük bir uğur kimi qəbul edilir.
Etiraf etməliyik ki, “Qarabağ” bizdən güclüdür. Amma o oyuna da qələbə üçün çıxacağıq. Evdə oynayırıq, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.