EN

Aleks Fernandes “Neftçi”də - Video

Rusiyanın “Baltika” klubunun braziliyalı sağ vingeri Aleks Fernandes bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Neftçi” bu gün daha bir futbolçunun keçidini rəsmiləşdirib. Tam adı Aleks Nasimento Fernandes olan braziliyalı futbolçu “Neftçi” ailəsinin yeni üzvü olub. 11 nömrəli formanı geyinəcək 22 yaşlı futbolçu “Baltika”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib. 2022-ci ildə isə o, Bolqarıstan “Çerno More”sinə keçib. Braziliyalı vinger 2024-cü ilin fevralından Rusiya klubunun şərəfini qoruyur. O, “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb. Aleks bu komandanın heyətində bütövlükdə 36 oyun keçirib, 11 qol və 3 assistlə yadda qalıb.

Xatırladaq ki, “Neftçi” bu qış fasiləsində Ryonosuke Ohori (“Transinvest”, Litva), Elvin Camalov (“Sabah”) və Bassala Sambunu (“Enosis”, Cənubi Kipr) da heyətinə qatmışdı. Paytaxt klubu Mark Tamaşla da yollarını ayırmışdı.

Chosen
31
17
arena.az

10Sources