EN

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi

Premyer Liqa təmsilçisi "Neftçi" heyətinə yeni futbolçu cəlb edib.

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı sağ vinger Aleks Fernandes artıq “Neftçi” ailəsinin üzvüdür.

11 nömrəli formanı geyinəcək 22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

Chosen
52
19
operativmedia.az

10Sources