EN

MPL: “Qarabağ” “Səbail”i qəbul edəcək

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq. 

“İki sahil” xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək. 

Çempionatın lideri “Qarabağ” sonuncu pillədə qərarlaşan “Səbail”i qəbul edəcək. 

Hazırda 50 xalla birinci yeri tutan Ağdam klubunun ən yaxın 3 izləyici bu turda xal itirib. Bu səbəbdən də Qurban Qurbanovun komandası qələbə qazanacağı təqdirdə aradakı xal fərqini bir qədər də artıracaq. 

Cari mövsümün ilk iki dövrəsində tərəflər arasında keçirilən matçlarda “Qarabağ”ın aşkar üstünlüyü var. İlk dövrədə rəqibini 2:1 hesabı ilə üstələyən Ağdam təmsilçisi ikinci matçda da 3:0 hesablı qələbəyə sevinib. 

Fevralın 5-də isə Ağdam klubu ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail”in qapısından 1 cavabsız top keçirib.  

Misli Premyer Liqası,

22-ci tur

11 fevral

19:00. “Qarabağ” - “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Tofiq Bəhramov adına Respublika stadionu

9 fevral

“Şamaxı” 1-0 “Sumqayıt”

“Sabah” 2-1 “Turan Tovuz”

10 fevral

“Zirə” 1-2 “Neftçi”

“Araz-Naxçıvan” 0-0 “Kəpəz”

Chosen
5
7
ikisahil.az

9Sources