EN

Sabiq rektor özünə yeni iş tapdı

Ləğv edilən Naxçıvan Universitetinin rektoru Anar Kazımov fəaliyyətini yenidən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirəcək. 

News365.az verir ki, Anar Kazımov UNEC-in "Beynəlxalq iqtisadiyyat və biznes" kafedrasının dosenti kimi fəaliyyətə başlayıb.  

Qeyd edək ki, A.Kazımov 2023-2024-cü illərdə Naxçıvan Universitetinin rektoru olub. Bundan əvvəl UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru vəzifəsində işləyib.  

Xatıradaq ki, Anar Altay oğlu Kazımovun rektoru olduğu "Naxçıvan Universiteti" MMC ötən ilin avqust ayında ləğv olunduğunu elan edib.     

Chosen
59
7
news365.az

8Sources