Arizona ştatında hava limanında iki "Bombardier Learjet Gulfstream 2100" biznes təyyarəsi toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var.
Avtosfer.az-ın ABC telekanalına istinadla məlumatına görə, hadisə Skottsdel şəhərində baş verib.
Bildirilib ki, özəl təyyarə uçuş-enmə zolağından kənara çıxaraq park halındakı hava gəmisinə çırpılıb. Nəticədə azı bir nəfər həlak olub, beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Skottsdeldə uçuşlar ləğv edilib. Qəzanın səbəbləri araşdırılır.(oxu.az)