EN

Şöbə müdiri: Ermənistanda Təpəbaşı məscidində içki qəbulu İslam aləminə hörmətsizlikdir

Ermənistanda Təpəbaşı məscidində içki qəbulu bütövlükdə İslam aləminə hörmətsizlikdir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr əöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın maddi-mədəni irsinə hörmətlə yanaşmalı, dağıdılmasına yol verməməli idi:

“Lakin nəinki bu məqamlara diqqət ayrılmayıb, üstəlik, Qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib”.

Şöbə müdiri bildirib ki, Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla Qərbi azərbaycanlılara məxsus 300-dən çox məscid dağıdılmış vəziyyətdədir:

“Eyni zamanda 600-ə yaxın qəbiristanlıq yerlə yeksan edilib. Hələ dağıdılmamış Göy Məscid isə başqa millətə məxsus kimi təqdim edilir”.

Ü.Zülfiqar vurğulayıb ki, Ermənistan Qərbi azərbaycanlılara məxsus abidələrə qarşı bu kimi davranışlarına son verməli, beynəlxalq ictimaiyyət, ümumbəşəri dini qurumlar vəziyyətə səssiz qalmamalı, UNESCO, Roma Papası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar xüsusilə həssaslıq göstərməlidirlər.

Chosen
2
8
report.az

9Sources