EN

2024 - 2025-ci tədris ilinin birinci semestri üzrə TTK-ya 12873 müraciət daxil olub

Təhsil Tələbə Krediti Fondu bildirib ki, müraciətlərin 10579  qəbul edilib.

 2024/2025-ci tədris ilinin birinci semestri üzrə Təhsil Tələbə Krediti Fonduna ümumilikdə 12873 müraciət daxil olub.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondu məlumat verib.

Fond bildirib ki, müraciətlərin 10579  qəbul edilib.

TTK-nin iki növü sosial və standart kreditlərin sayı da açıqlanıb.

Belə ki, 10579 müraciətin 3629-u sosial üzrə, 6950-si isə standart TTK üzrə rəsmiləşib.

Təhsil Tələbə Krediti Fonduna müraciət forması ilə buradan tanış ola bilərsiniz.

Chosen
39
1
operativmedia.az

2Sources