Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti nisbətən bahalaşıb.
İNFOAZ.WS xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,43% artaraq 78,98 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 77,87 ABŞ dolları təşkil edib.