Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Antalya şəhərində keçirilən Türkiyə Açıq beynəlxalq turnirində uğurla çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı fəxri kürsüyə qalxıb.
M.Əkbərova G-2 kateqoriyalı turnirdə bürünc medal qazanıb.