EN

ABŞ Rusiya vətəndaşını azadlığa buraxdı

ABŞ-də çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə TASS-a onun fransalı vəkili Frederik Belot məlumat verib.

"Aleksandra qarşı iş bağlanıb. Məndə olan məlumata görə, o, artıq azadlıqdadır", - vəkil deyib.

Vəkil bildirib ki, o, yaxın vaxtlarda Rusiyaya göndəriləcək.

Bundan əlavə, Ağ Ev ABŞ-nin Rusiya ilə cari məhbus mübadiləsi çərçivəsində Vinniki azad edəcəyini təsdiqləyib.

Qeyd edək ki, bu gün Tramp və Putin arasında baş tutan telefon danışığlnda məhbus mübadiləsi barədə razılığa gəlinib.
Chosen
63
4
sherg.az

5Sources