Qeyd edək ki, Çin, Cənubi Koreya və Yaponiya xarici işlər nazirliklərinin rəhbərləri sonuncu dəfə 2023-cü ilin noyabrında Cənubi Koreyanın Busan şəhərində görüşüblər. Çinin xarici işlər naziri 2020-ci ildən bəri ilk dəfə Yaponiyaya səfər edəcək. Son zamanlar iki ölkə arasında münasibətlərdə dialoqun intensivləşməsinin əlamətləri müşahidə olunur. Pekin və Tokio nümayəndələri arasında əlaqələr 2024-cü ilin noyabrında Peruda keçirilən beynəlxalq konfransda Çin sədri Si Cinpin və Yaponiyanın baş naziri Şiqeru İşiba arasında keçirilən görüşdən sonra xüsusilə aktivləşib.