EN

Rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına yardım edir

“Rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına və biznes proseslərinin asanlaşdırılmasına yardım edir. Texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər”.

Busözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Vergi sisteminin inkişafı üzrə qət etdiyimiz məsafə, vergi ödəyicilərinin məmnunluğu qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyinə inamı artırır. Gələcəyə hədəflənən aydın strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcudluğu bunun təminatı kimi çıxış edir. Birlikdə daha uğurlu nailiyyətlərə imza atacağımıza inam yüksəkdir. Biz xidmət səviyyəsini artırmalı, sahibkarlıq mühitini daha da yaxşılaşdırmalıyıq”,- nazir əlavə edib.

Chosen
36
1
vergiler.az

4Sources