1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Avropa Liqasında pley-off matçları start götürməmişdən əvvəl Liqa mərhələsinin yekun statistik göstəriciləri bəlli olub.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın futbolçuları səkkiz qarşılaşmada 121 dəfə qayda pozuntusuna məruz qalıblar.
Azərbaycan çempionu bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Türkiyə təmsilçisi "Fənərbağça" (136) birinci, Bolqarıstanın "Ludoqorets" komandası (119) isə üçüncü olub.
Qeyd edək ki, "köhlən atlar" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub. Pley-off mərhələsinin ilk oyunları bu gün keçiriləcək.