Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır.
Bu barədə Demokratikmusavat.com -ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən bildirilib.
"İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır", - deyə cavabda qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində bir qrup məktəblinin əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirməsi barədə görüntülər yayılıb.
Billurə