EN

Gənc taekvondoçu Türkiyədə qızıl medal qazandı 

Azərbaycanın gənc taekvondoçusu Humay Dadaşova Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

 

46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Chosen
25
2
modern.az

9Sources