EN

Qərb elan etdi: Kremldə bayramdır

Donald Trampın Rusiya ilə danışıqlar barədə açıqlaması Rusiya prezidenti Vladimir Putinə çoxdan tələb etdiyi şeyi verdi: Ukrayna üzrə ABŞ-la birbaşa danışıqları.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Bildirilib ki, Kreml uzun müddətdir ki, Ukraynanı və onun avropalı müttəfiqlərini bu cür danışıqlardan kənarlaşdırmağa çalışır. Moskva eyham vurub ki, Vaşinqton müharibənin uzadılmasına görə məsuliyyət daşıyır və buna görə də yalnız o, Rusiya Federasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlar apara bilər.

“Amma əgər biz Putinin Ukrayna ilə bağlı bəyan etdiyi mövqeləri rəhbər tutsaq, o zaman Trampın vəd etdiyi danışıqlar uzun və uzunmüddətli olacaq. Rusiya atəşkəsə o halda razılaşacaq ki, ABŞ Ukraynaya dəstəyi dayandırsın və onun ərazisini müdafiə etmək imkanlarına məhdudiyyətlər qoyulsun”, - nəşr yazıb.

Hərbi ekspertlər əlavə ediblər ki, Rusiya əlində olan canlı qüvvə və silahlarla Ukraynaya qarşı ən azı il yarım mübarizəni davam etdirə bilər.

"Bu, hələlik müvəqqəti qələbədir. Putinin yekun qələbəsi Ukraynanın Qərb düşərgəsinə düşməməsi və onun təhlükəsizlik tədbirləri ilə bağlı suveren seçim etmək imkanından məhrum olmamasıdır", - Berlindəki Karnegi Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuev bildirib.

Chosen
29
2
publika.az

5Sources