EN

Rusiya yenidən G7-yə qoşulmalıdır - Tramp

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, Rusiyanın yenidən G7-yə qəbul edilməli olduğunu və bunun vacib bir addım olacağını bildirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki,Putinin də bu prosesdə yer almaq istədiyini düşündüyünü qeyd edən Tramp, belə bir vəziyyətdə Ukrayna böhranının yaşanmayacağını iddia edib.

"Çox güman ki, G8 mövcud olsaydı, Ukrayna ilə bağlı bu problem yaşanmazdı. Mən prezident olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi." - deyə o bildirib.

Oval Ofisdə keçirilən imza mərasimində Tramp Rusiya ilə bağlı fikirlərini bölüşüb və Rusiyanın yenidən G7-yə qoşulmasının vacibliyini vurğulayıb.

Tramp hesab edir ki, ABŞ-ın o zamankı prezidenti Barak Obamanın Rusiyanı G7-dən çıxarması səhv qərar olub.

"Onların geri qayıtmasını çox istərdim. Düşünürəm ki, onları çıxarmaq səhv idi. Burada məsələ Rusiyanı bəyənib-bəyənməmək deyil, G8-in yenidən qurulmasıdır. Mən inanıram ki, Putin sülh istəyir. Düşünürəm ki, onu kifayət qədər yaxşı tanıyıram. Əgər istəməsəydi, bunu mənə açıq şəkildə deyərdi." - - deyə Tramp bildirib.

Jurnalistlərin "Putinə güvənirsinizmi?" sualına isə Tramp, "O, hadisələrin necə inkişaf etdiyini görmək istəyir. Mən bu məsələdə ona güvənirəm. Düşünürəm ki, Putin də prosesin irəliləməsini istəyir."- deyə ifadə edib.

Chosen
22
4
turkic.world

5Sources