Məsələ ilə bağlı politoloq Fərhad Məmməd Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Trampın bu maksimal təzyiq siyasəti iki cəhətdən həyata keçiriləcəkdir:
“Birincisi, iqtisadi sahədə olacaq. Yəni sanksiyalar daha da gücləndiriləcək. İkinci sahə isə hərbi kontekstdir. Hərbi kontekstdə olan təzyiqlər nə Azərbaycan, nə də Ermənistana təsir edəcək. Çünki bu Azərbaycan və Ermənistan üçün çox ciddi fəsadlara gətirib çıxara bilər. Amma iqtisadi cəhətdən sanksiyalar gənişləndirilsə, dərinləşdirilsə, bu əlbəttə Azərbaycan və Ermənistanın İranla iqtisadi münasibətlərinə təsir edəcəkdir. Azərbaycana gəldikdə bu ilk növbədə həyata keçirilən nəqliyyat layihələri və ticarət dövriyyəsinə təsir edə bilər”.
Politoloq əlavə edib ki, Azərbaycan-İran və Ermənistan-İran ticarət həcmi təxminən eynidir:
“Hər bir ölkənin İranla illik ticarət dövriyyəsi 650-700 milyon dollardır. Ermənistana gəldikdə isə burada daha maraqlıdır. Çünki bir neçə strateji lahiyə həyata keçirilir. Birincisi, İrandan qaz gəlir Ermənistana, oradan elektrik enerjisinə çevrilib, yenidən İrana ötürülür. Burada pul mübadiləsi həyata keçirilmir və ona görə sanksiya tədbiq edilə bilməz. Amma İran şirkətləri Ermənistanda iki böyük yol, tunel lahiyəsini həyata keçirir. Bu şirkətlərə sanksiyalar ola bilər. Bu çox vacib bir məqamdır, hansı ki, nəzərə alınmalıdır”.
Leyla Turan
Demokrat.az
10Sources
-
milli.azUkraynanı məğlubedici sülhə məcbur edilməsi dünya iqtisadiyyatına necə təsir edəcək? - AÇIQLAMA ( 15485249)
-
turanpress.comUkraynadakı müharibə necə bitə bilər? - "Bloomberg" ssenariləri açıqladı ( 15479959)
-
azpolitika.infoUkraynadakı müharibə necə bitə bilər? - "Bloomberg" ssenariləri açıqladı ( 15475407)
-
turkustan.azTrampın qərarları dünyanı hara aparır?: Yeni dünya nizamının təhlili ( 15475403)
-
bakivaxti.azTrampın qərarları dünyanı hara aparır?: Yeni dünya nizamının təhlili ( 15473803)
-
yenisabah.azRusiyaya qarşı hansı sanksiyalar ləğv edilə bilər? - AÇIQLAMA ( 15473085)
-
demokrat.azABŞ-nin İrana təzyiqi Cənubi Qafqaza necə təsir edəcək? — RƏY ( 15470727)
-
publika.azTramp-Putin danışığının şifrələri: Ukraynanın taleyi necə olacaq? ( 15434267)
-
oxu24.comTramp-Putin danışığının şifrələri: Ukraynanın taleyi necə olacaq? ( 15435029)
-
reyting.azQərb Putini danışıqlara necə məcbur edə bilər? ( 15374491)