Məsələ ilə bağlı politoloq Fərhad Məmməd Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Trampın bu maksimal təzyiq siyasəti iki cəhətdən həyata keçiriləcəkdir:
“Birincisi, iqtisadi sahədə olacaq. Yəni sanksiyalar daha da gücləndiriləcək. İkinci sahə isə hərbi kontekstdir. Hərbi kontekstdə olan təzyiqlər nə Azərbaycan, nə də Ermənistana təsir edəcək. Çünki bu Azərbaycan və Ermənistan üçün çox ciddi fəsadlara gətirib çıxara bilər. Amma iqtisadi cəhətdən sanksiyalar gənişləndirilsə, dərinləşdirilsə, bu əlbəttə Azərbaycan və Ermənistanın İranla iqtisadi münasibətlərinə təsir edəcəkdir. Azərbaycana gəldikdə bu ilk növbədə həyata keçirilən nəqliyyat layihələri və ticarət dövriyyəsinə təsir edə bilər”.
Politoloq əlavə edib ki, Azərbaycan-İran və Ermənistan-İran ticarət həcmi təxminən eynidir:
“Hər bir ölkənin İranla illik ticarət dövriyyəsi 650-700 milyon dollardır. Ermənistana gəldikdə isə burada daha maraqlıdır. Çünki bir neçə strateji lahiyə həyata keçirilir. Birincisi, İrandan qaz gəlir Ermənistana, oradan elektrik enerjisinə çevrilib, yenidən İrana ötürülür. Burada pul mübadiləsi həyata keçirilmir və ona görə sanksiya tədbiq edilə bilməz. Amma İran şirkətləri Ermənistanda iki böyük yol, tunel lahiyəsini həyata keçirir. Bu şirkətlərə sanksiyalar ola bilər. Bu çox vacib bir məqamdır, hansı ki, nəzərə alınmalıdır”.
Leyla Turan
Demokrat.az
10Sources
-
fins.azG7 Rusiya nefti üçün qiymət qapağını sərtləşdirmək və ya uyğunlaşdırmaq variantlarını araşdırır ( 15561435)
-
oxu24.comRusiya Ukraynadakı NATO qoşunları haqqında danışıb ( 15555341)
-
oxu24.comZaxarova bildirib ki, G7 nüfuzunu itirib ( 15554129)
-
afn.azFransa da Rusiyanın G7-yə qayıtmasına qarşıdır ( 15532049)
-
olke.azTrampın “Ukrayna planı” Kremlə baha başa gəlir: Rusiya Avropa Birliyini qorxutmalı, Çini isə... ( 15531581)
-
moderator.azABŞ və Avropa arasında Ukrayna gərginliyi: Yeni siyasi qarşıdurma başlayır? ( 15528919)
-
moderator.azAvropa və ABŞ Ukrayna mövzusunda qarşı-qarşıya gəlir - Politoloqdan açıqlama ( 15527893)
-
hit.azAvropa Rusiya qazına qayıdacaqmı? - ŞƏRH ( 15527889)
-
oxu24.comAvropa Rusiya qazının irimiqyaslı alınmasını nəzərdən keçirir ( 15524997)
-
moderator.azG7 Rusiyanı yeni sanksiyalarla hədələyib, İranı isə qınayıb ( 15504387)