Ötən gecə Bakıda ağır yol qəzası baş verib.
Referans.az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 22:30 radələrində Nərimanov rayonu Ağa Nemətulla küçəsində "Toyota Prius" və "VAZ 2101" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ"da olan Ağdaş rayon sakini 1993-cü il təvəllüdlü Fərid Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
