Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib.
Rekord.az xəbər verir ki, millimiz təlim-məşq toplanışına fevralın 15-də başlayacaq.
Komandamız fevralın 21-də "Liv Bona Dea Arena"da Monteneqro yığmasını qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
1. Nərgiz Əliyeva - Fatih Vətən (Türkiyə)
2. Günay İsmayılova - Neftçi
3. Firuzə Bayramova - Dinamo Balakən
4. Nigar Mirzəliyeva - Zenit (Rusiya)
5. Manə Mollayeva - Neftçi
6. Fidan Cəfərova - Neftçi
7. Yeliz Acar - Fatih Vətən (Türkiyə)
8. Kamilla Məmmədova - Klubsuz
9. Vüsalə Seyfəddinova - Neftçi
10. Firəngiz Teymurova - Neftçi
11. Jalə Məhsimova - Amed Spor (Türkiyə)
12. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)
13. Coşqunə Əliyeva - Neftçi
14. Sevinc Cəfərzadə - Krasnodar (Rusiya)
15. Kristina Bakarandze - Qalatasaray (Türkiyə)
16. Ayşən Əhmədova - Ünyespor (Türkiyə)
17. Alina Dorofeyeva - Rubin Kazan (Rusiya)
18. Diana Məmmədova - Rubin Kazan (Rusiya)
19. Milana Rəhimova - Ünyespor (Türkiyə)
20. Ayşən Salamzadə - Neftçi
21. Xanım Əsədova - Neftçi
22. Aysun Muradova - Gölbaşı Belediye Spor (Türkiyə)
23. Alina Nəhmədova - Neftçi
24. Esra Manya - Fatih Vətən (Türkiyə)