EN

"Məğlub olsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı"

style='margin-bottom:10px;'>

"Ayın qolu" layihəsində qalib olan "Kəpəz"in üzvü Turan Manafov bununla bağlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.

QOL.az xəbər verir ki, müdafiəçi bildirib ki, əsas olan "Kəpəz"in uğur qazanmasıdır:

"Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu. Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur. Məğlub olsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq".

 

Chosen
29
4
teleqraf.com

9Sources