\"Turan Tovuz\" Misli Premyer Liqasında \"Araz-Naxçıvan\"ı məğlub edib.
XXIII turun Tovuz şəhər stadionunda baş tutan oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
47-ci dəqiqədə Naxçıvan təmsilçisinin heyətində İqor Ribeyro qırmızı vərəqə alıb. 86-cı dəqiqədə Hayderson Hurtado qalibiyyət qoluna imza atıb.
Bu nəticədən sonra \"Araz-Naxçıvan\" 44 xalla ikinci, \"Turan Tovuz\" 39 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə \"Qarabağ\" \"Neftçi\"nin qonağı olacaq. Ötən gün \"Zirə\" səfərdə \"Sumqayıt\"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.