EN

Millimiz İnkişaf Kubokunda Rusiya ilə qarşılaşdı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün ilk oyununu keçirib.

Msport.az xəbər verir ki U-17 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Rusiya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində fevralın 17-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığması ilə, fevralın 19-da isə saat 14:20-də Qazaxıstan kollektivi ilə üz-üzə gələcək.

Chosen
87
42
msport.az

10Sources