Misli Premyer Liqasında 2024/2025 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.
Fanat.Az xəbər verir ki, bu, “Neftçi” və “Qarabağ” arasında XXIII turda keçirilən Azərbaycan derbisinə təsadüf edib. “Neftçi Arena”dakı görüşü 9355 azarkeş izləyib.
Bu, çempionatın geridə qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınmışdı. 2024-cü il dekabrın 1-də keçirilən görüşü 7069 tamaşaçı seyr edib. Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə bir qolla qalib gəlib.