EN

“Zirə” “Şəmkir”ə çatdı

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 23-cü turunda “Sumqayıt”ın qonağı olan “Zirə” 50-ci səfər qələbəsini qazanıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri səfərdə 3:0 hesabı ilə qalib gəliblər.

Bu, 2015-ci ildə Premyer Liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub.

Qəsəbə klubu ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb. “Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdir.

Chosen
67
12
teleqraf.com

10Sources