Misli Premyer Liqasının XXIII turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib.
O, bu görüşlərdə 34 qola imza atıb.
2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Davit Volkov Premyer Liqada 80 (28 qol), Azərbaycan Kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də, “Sabah”la görüşdə (2:0) debüt edib.
“Qarabağ” “Neftçi”ni bir qolla keçdi - VİDEO
Samir Abasov: “Sanki digər komandalar uduzmur”
Qurban Qurbanov: “Neftçi"yə uğurlar arzu edirəm”
Derbidə insident: Kadi başından zədələndi - Video
“Qarabağ”dan səfərdə minimalhesablı qələbə - YENİLƏNİB