Şəmkir sakini bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qasımalılar kəndində baş verib.
Kənd sakini 1983-cü il təvəllüdlü Namaz Cəfərov bıçaqlanıb. Hadisəni törətməkdə onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Aynurə Cəfərova şübhəli bilinir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən kişi əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.