EN

Peskov: Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı rəsmi danışıqlar aparılmayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı rəsmi danışıqlar aparılmayıb.

"Avropalılar - fransızlar, britaniyalılar və digərləri sülhməramlı qüvvələr haqqında çox danışırlar. Bu doğrudur. Lakin biz hamımız bilirik ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi müəyyən prosedurlara tabedir. Hazırda bu məsələ ilə bağlı hər hansı ciddi müzakirə aparılmayıb," - deyə Kremlin sözçüsü brifinq zamanı vurğulayıb.

Böyük Britaniya və ya Almaniya qüvvələrinin Ukraynaya göndərilməsi ehtimalına toxunan Peskov, bununla bağlı danışmağın çətin olduğunu bildirib.

"Bunlar NATO üzvü olan ölkələrdir və əgər onların qoşunları Ukraynaya göndərilsə, bu, ciddi problemlər yaradar," - deyə o qeyd edib. "Bu anda isə bu mövzuda heç bir ciddi müzakirə aparılmayıb."

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer The Daily Telegraph qəzetində yazdığı məqalədə, Londonun Kiyev hakimiyyətinə təhlükəsizlik zəmanətləri vermək və münaqişənin həllinə töhfə vermək məqsədilə Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
29
olaylar.az

10Sources