EN

Binəqədidə avtobus dayanacağı zibilliyə çevrilib

Binəqədi qəsəbəsində avtobus dayanacağı zibilliyə çevrilib.

Söhbət qəsəbənin kənd dayanacağı dediyi, 133 nömrəli avtobusun son dayanacağından gedir.

Belə ki, 1 həftədir dayanacaq zibilxanaya, it-pişik yerinə çevrilib.

Üfunət iyindən isə yaxın durmaq olmur.

Qəsəbə sakinləri bildirirlər ki, zibilləri yığışdıran yoxdur:

"Sidik iyindən dayanacağa yaxın durmaq olmur. Nə zaman baxsaq, bu vəziyyətdədir. Yağışlı günlərdə dayanacağa sığınmaq istəsək, iyidən dura bilmirik. Bilmirik nə edək"./Medicina.az

Xəbər 2 dəfə oxunub.
Chosen
19
2
xezernews.az

3Sources