Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq kimi perspektivi yoxdur.
Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
O, Aİ-yə qoşulmağın ölkədə keçiriləcək parlament seçkilərində əsas mövzu olacağını deyib. "Bu, heç bir yerə aparmayan ən böyük bayraqdır. Bunun nəticəsi isə ölkəmiz üçün çox ağır olacaq", - Ermənistanın keçmiş prezidenti qeyd edib.
Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin daha sonra bəyan edib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması çətin olacaq.
Səfurə