EN

Yanvarda əhaliyə 222 milyon manatlıq elektrik malları və mebellər satılıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 222,2 milyonmanat dəyərində elektrik malları və mebellər satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 14,2 milyonmanat və ya 6,8% çoxdur.

Elektrik malları və mebellər üzrə ticarət dövriyyəsinin yekundaxüsusi çəkisi 4,6% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən, 2,6milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilərvə tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1%artıb.

Chosen
24
16
az.trend.az

10Sources